Xəbər lenti

44 min ölüm, 72 min doğum, 36 min nikah, 15 min boşanma... - Bu ilin statistikası
Ölkə 15:35 14.11.2025

44 min ölüm, 72 min doğum, 36 min nikah, 15 min boşanma... - Bu ilin statistikası

2025-ci ilin oktyabr ayında əhalinin sayı 28 758 nəfər və ya 0,3 faiz artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

2025-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 253 647 nəfərə çatıb.

Doqquz ay ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72210 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olmuşdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44409 ölüm halı qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->