44 nömrəli marşrutda sürücü ilə sərnişinlər arasında dava düşüb.
Qaynarinfo xəbər verir ki, davaya səbəb marşrutun gec gəlməyi olub.
1saata yaxın gecikmə insanların qəzəbinə səbəb olub. Sürücü isə xəttə olan avtobusların bir neçəsinin xarab olduğunu deyib.
Qeyd edək ki, 44 nömrəli marşrut Qara Qarayev metrosundan Zığ kəndi istiqamətində işləyir. Artıq iki aya yaxındır ki, xətdən yeni iri tutumlu avtobuslar çıxarılaraq, xəttə xırda tutumlu, uzunmüddətli istismarda olan avtobuslar verilib.
Aydın