
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrliyində yol-nəqiliyyat hadisəsi baş verib.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Gəncədən Moskvaya gedən İlqar Əliyevin idarə etdiyi “Mercedes” markalı avtobus aşıb. Avtobusun içərisində 45 sərnişin olub. Hadisə nəticəsində bir neçə sərnişin yüngül bədən xəsarətləri alıb. Qəzaya səbəb “Mercedes” markalı avtobusun idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info