Xəbər lenti

47 yaşlı kişi qətlə yetirildi - Sumqayıtda
Ölkə09:41 04.05.2016

47 yaşlı kişi qətlə yetirildi - Sumqayıtda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəllə adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. (APA)

Qayanarinfo.az