Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə Qaynarinfo-ya Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, ötən il 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. Son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilb, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edilib.