Xəbər lenti

5 ildən sonra hər şey gözünüzün qarşısında olacaq
Ölkə04:45 23.04.2017

5 ildən sonra hər şey gözünüzün qarşısında olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sözügedən artırılmış reallıq eynəyi smartfonları əvəz edəcək

“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək.

Yeni qurğu insanlara ağıl və qabiliyyətlərini inkişaf etdirmək üçün imkan yaradacaq, çünki insan belə eynək vasitəsilə fasiləsiz virtual informasiya əldə edəcək. Hətta əşyalara baxmaqla onların temperaturunu öyrənmək mümkün olacaq, bundan başqa eynəkdə səs-küyün filteri və müxtəlif dillərdən olan sözlərin tərcüməsi funksiyası nəzərdə tutulub.

Yeni aparat görmə və eşitmə qabiliyyətinii yaxşılaşdıracaq, onu istənilən yerə özünlə götürmək mümkündür. Buna görə istehsalçılar əmindirlər ki, sözügedən artırılmış reallıq eynəyi smartfonları əvəz edəcək./ICTnews

Qaynar.Az