Xəbər lenti

5 nəfərin yaşadığı ev uçdu - Fotolar
Ölkə08:38 05.12.2016

5 nəfərin yaşadığı ev uçdu - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmirdə 5 nəfərin yaşadığı fərdi ev uçub.

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Heybət Qədirov küçəsində baş verib. İntiqam Bayram oğlu  Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və aynabənddən ibarət qəzalı evin arxa hissəsi uçaraq yararsız hala düşüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov məsələ barədə məlumatlı olduqlarını və hadisə yerinə baxış keçirildiyini bildirib.

O, çiy kərpicdən tikilmiş evin istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətə düşdüyünü bildirib və qeyd edib ki, bu səbəbdən də evi İ. Məmmədov özü bərpa etməlidir.

Qaynarinfo.Az