
Bakıda səhər saatlarında daha bir yanğın faktı qeydə alınıb.
Qaynarinfo.Az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.Az