Xəbər lenti

5 rayonda su olmayacaq
Ölkə10:58 13.12.2013

5 rayonda su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza baş verib

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar 13 dekabr 2013-cü il tarixində gün ərzində Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


Qaynar.info