Xəbər lenti

5 yaşlı uşaq ailəsini yasa batırdı
Ölkə08:53 11.11.2013

5 yaşlı uşaq ailəsini yasa batırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağcabədidə uşaq su kanalına düşərək dünyasını dəyişib

Ağcabədi rayonunda 5 yaşlı uşaq su kanalına düşərək dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə əslən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü adlanan ərazidə baş verib.
 
Laçın rayon Ərdəşəvi kənd sakini 5 yaşlı Zamiq İbrahimov yaşadıqları evin yanından keçən su kanalına düşərərək boğulub. Laçın rayon polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Azyaşlının əqli cəhətdən qüsurlu olduğu bildirilir.

Qaynar.info