Xəbər lenti

5 yaşlı xəstə qızın anası Mehriban Əliyevadan kömək istədi - FOTOLAR
Ölkə14:01 14.04.2016

5 yaşlı xəstə qızın anası Mehriban Əliyevadan kömək istədi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Samux rayonu İnstitut qəsəbəsinin sakini Qənbərova Samirə Rəfi qızı Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraicət edib. Azşaylı qızı ağır xəstəlikdən əziyyət çəkən Samirə Qənbərova Mehriban xanımdan kömək istəyib.
Onun Heydər Əliyev Fondunun prezidentinə ünvanladığı məktubu təqdim edirik:
"Hörmətli, Mehriban xanım!
Mən hazırda Gəncə şəhərində kirayədə yaşayıram. Həyat yoldaşım vəfat edib. Üç övladım var. İlk iki uşağım sağlamdı. 2011-ci ilin 16 oktyabrında dünyaya gələn qızım Nağıyeva Nərmin Fuad qızı serebral iflic xəstəsidir. Bir müddət Türkiyədə və Rusiyada müalicə olunub. Daha sonra isə Bakıdakı Nəsrəddin Tusi adına Xəstəxanada Atlas xanım tərəfindən müalicə edilib. Həyat yoldaşım vəfat edəndən sonra müalicəni davam etdirməyə gücüm çatmır.
Qızımın müalicəsi çox ağırdır və bahalıdır. Həyat yodldaşım vəfat edib, 3 uşaqla kirayədə yaşayıram. Heç yerdə işləmirəm. Uşaqlarım ac qalmasın deyə evlərdə işləyirəm. Qazandığım pulla ancaq övladlarımın minimum ehtiyaclarını ödəyə bilirəm. Buna görə də övldamım ağır vəziyyətdə yataqda qalıb. Bu günə qədər Əlillər Fonduna və digər aidiyyatı qurumlara müraciət etmişəm. Amma hələlik mənə kömək edən olmayıb. 
Hörmətli, Mehriban xanım!
Bir ana kimi sizdən xahiş edirəm, azyaşlı övladımın müalicəsi üçün mənə kömək edəsiniz. 5 yaşlı qızım günü-gündən gözlərimin qarşısında solur. Onu xəstə yatağında, hərəkətsiz görmək bir ana olaraq mənə çox pis təsir edir. Sizdən xahiş edirəm, qızımın müalicəsinin təşkil edilməsi barədə göstəriş verəsiniz. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirik. Əminəm ki, övladımı həyata qaytarmaqla bir anaya dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz".
Qaynar.info saytı olaraq, biz də imkanlı şəxslərdən 5 yaşlı Nərminin sağlamlığına qovuşması üçün əllərindən gələn köməkliyi göstərməyi xahiş edirik. Gəlin bu körpəni köməksiz qoymayaq!
Son olaraq Samirə Qənbərovanın əlaqə nömrəsini təqdim edirik. Ailəyə kömək etmək istəyənlər bu telefon nömrəsi ilə əlaqə yarada bilər: 051 509-19-41
Qaynar.info