Xəbər lenti

50 gün əvvəl qəzaya düşən qadın öldü (FOTO)
Ölkə06:11 07.07.2023

50 gün əvvəl qəzaya düşən qadın öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomobil vurması nəticəsində komaya düşən qadın 50 gün sonra dünyasını dəyişib.
Qaynarinfo Qafqazinfo-ya xəbər verir ki, yol qəzası mayın 17-də Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib.
Həmin gün saat 12 radələrində Elmin Əsgərov adlı sürücü "Toyota Prius” markalı avtomobilini arxa-arxaya hərəkət etdirərkən yolu keçən Bespalova Yevgeniya Borisovnanı vurub. Ağır kəllə-beyin travması alan qadın koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq o, iyulun 6-sı Yeni Klinikada vəfat edib.
Qeyd edək ki, Yevgeniya Bespalova mədəniyyət sahəsində fəaliyyət göstərirmiş.