Yasamal bələdiyyəsinin şöbə müdiri olmuş Rizvan Mahmudova hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rizvan Mahmudov Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə mühakimə edilib.
Məhkəmənin hökmü ilə o, 10 000 manat miqdarında cərimə cəzası məhkum olunub. Rizvan Mahmudovun həbsdə olduğu müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilib. Ona qəti olaraq 7000 manat miqdarında cərimə təyin edilib.
İş materiallarından aydın olur ki, Rizvan Mahmudov 50 000 manat müqabilində qəbir yeri satıb. Bu işdə o, bələdiyyə sədrinin qərarına qanunsuz təsir edib. Yəni, vəzifə səalahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə maddi nemət müqabilində vasitəçilik edib.
Rizvan Mahmudov cari ilin aprel ayında saxlanılıb.
Seyid
Şərhlər