
Bu gün dəyərli qələm adamı, şair-publisist Faiq Balabəylinin doğum günüdür.
Faiq Balabəyli bir neçə şeir, nəsr və publisistik kitabın müəllifidir. Uzun illərdir ki, mətbuatda çalışır. Onu həmişə ədəbi mühitin qaynar nöqtələrində görmək mümkündür.
Faiq Balabəyli qələmini ədəbiyyatın bütün janrlarında sınayıb və uğur qazanıb. O, publisistika sahəsində də yazar, reportyor və qəzet baş redaktoru kimi bir çox uğurlu nümunələrə imza atıb.
Bu gün Faiq Balabəylinin 50 yaşı tamam olur. Qaynar.info saytı olaraq dəyərli həmkarımızı təbrik edir, yaradıcılığında və şəxsi həyatında uğurlar arzu edirik!
Qaynar.info