Xəbər lenti

52-ci məhəllə ilə bağlı Zakir Fərəcova müraciət:
Video 15:37 20.12.2024

52-ci məhəllə ilə bağlı Zakir Fərəcova müraciət: "Yollar elə vəziyyətdədir ki..." (FOTO/VİDEO)

Sumqayıt şəhərinin 52-ci məhəlləsinin sakinləri daxili yolların bərbad olmasından şikayətçidirlər. 

Qaynarinfo-ya müraciət edən sakinlərin sözlərinə görə, məhəllənin yolları o vəziyyətdədir ki, nəqliyyatın hərəkəti demək olar mümkün deyil. 

"Xüsusilə, payız və qış aylarında vəziyyət acınacaqlı olur. Uşaqları məktəbə aparıb-gətirmək olmur. Yollarının dağılmış və bərbad vəziyyətdə olması üzündən yağış yağan kimi gölməçələr yaranır. Həmçinin işıqlandırma yoxdur. Bu da axşam saatlarında hərəkəti çətinləşdirir. Məhəllədə asfalt örtüyü də dağılıb. 52-ci məhəllədə yaşayan ahıl adamlar, uşaqlar bu yollarda hərəkət edə bilmir. Məhəlləmizdə Qarabağ əlilləri, qazilər yaşayır. Hamı kimi onlar da zülüm çəkir", deyə sakinlər bildirib. 

Şikayətçilərin sözlərinə görə, problemlə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət ediblər: 

"İcra başçısına dərdimizi demişik. Məktub ünvanlamışıq. İstəyimiz odur ki, yollar təmir edilsin, işıqlandırılsın, eyni zamanda məhəllədə abadlıq işləri aparılsın. Hələ ki, bir nəticə olmadığından düşündük ki, bəlkə müraciətimiz cənab başçıya çatmayıb. Ona görə də məsələni icitmailəşdirmək qərarına gəldik".

Sakinlər bildirir ki, şəhər rəhbərliyi tədbir görməyəcəyi təqdirdə ölkə başçısına müraciət ünvalayacaqlar. 

Sumqayıt Şəhər İcra Hakimiyyəti cari ildə Sumqayıtda küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri işləri ilə bağlı iki tender keçirib. Tenderlərdən birinin qalibi "Dream Construction Company", digərinin qalibi isə "Proqress İnşaat En" şirkəti olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri toplam olaraq 3 126 069, 28 manat təşkil edib. 
 
Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->