Xəbər lenti

52 mindən çox müəllimliyə namizəd sənəd verdi
Ölkə14:58 03.07.2019

52 mindən çox müəllimliyə namizəd sənəd verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır. 
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.
Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.