Xəbər lenti

52 yaşlı qadını qətlə yetirən şəxs tutuldu - GƏNCƏDƏ
Ölkə15:07 04.05.2016

52 yaşlı qadını qətlə yetirən şəxs tutuldu - GƏNCƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər sakinin evində bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, cinayəti törədən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. İlkin ehtimala görə qətl borc üstündə törədilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.
Qaynarinfo.az