Xəbər lenti

53 yaşlı kişinin meyiti su kanalından çıxarıldı
Ölkə17:35 30.09.2013

53 yaşlı kişinin meyiti su kanalından çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samur-Abşeron su kanalında batmış 53 yaşlı Talıb Saqil oğlu Ömərovun axtarışları bu gün başa çatıb.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Ömərovun meyiti batdığı yerdən, təxminən, 70 km aralıda vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, T.Ömərov sentyabrın 27-də Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batıb.

Qaynar.info