Xəbər lenti

54 yaşlı Rübabə Salahova dəmirçilik edir (VİDEO)
Ölkə18:53 08.02.2018

54 yaşlı Rübabə Salahova dəmirçilik edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Atdan istifadə edənlər nə qədər azalsa da, nalbəndlik sənətini yaşadıb davam etdirənlər, bu peşəni gələcək nəslə ötürənlər hələ də var.
Xezerxeber.az bildirir ki, Qaxda yaşayan Xanlar Salahov nalbəndliklə məşğuldur və onun ən yaxın köməkçi həyat yoldaşıdır.
54 yaşlı Rübabə Salahova kişilər kimi dəmirləri döyür, əyir və digər agır işləri özü yerinə yetirir.
Usta Xanlar Salahov nal düzəltməyin asan olmadığını deyir. Çünki nalın mıxı bir balaca səhv gedərsə, atın ayağını zədələyə bilər.
Nalbənd deyir ki, ona müraciət edənlər getdikcə azalır. Əvvəllər həftə ərzində 10 at nallayırdısa, indi 1-2 at nallayır. Bu da atdan istifadənin azldığını göstərir.