Xəbər lenti

56 bağçada qanun pozuntusu aşkarlandı - VİDEO
Ölkə19:34 29.04.2014

56 bağçada qanun pozuntusu aşkarlandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aşkar olunan qanun pozuntuları barədə bağçaların rəhbərlərinə qanunsuzluqların qarşısının alınmasi üçün tapşırıqlar verilib

Bağçalardan da bəzilərində qayda qanunu pozanlar var. Amma necə? Axı körpə uşaqlara qarşı bunu necə etmək olar? Öz əllərimizlə gələcəyəmizin sağlamlığına qarşı necə belə təhlükə yarada bilərik? Bəziləri indi deyəcək ki, bağçada nə təhlükə ola bilər axı. Ola bilər, vaxtı keçmiş qidanı körpələrə verməklə, ərzaq məhsullarını lazımi şəraitdə saxlamamaqla, hələ həşəratlı, çirklənmiş un, yarmadan yeməklər bişirib verməklə. 

Bağçalarda məhsulların standartlara uyğun gəlib-gəlməməsi yoxlanılır. Sonuncu belə yoxlama 195 saylı bağçada aparılıb və yoxlamalar zamanı isə vaxtı ötmüş məhsullar aşkar olunub. 

Təkcə 195 saylı bağçada deyil, həmçinin yarım il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan yoxlamalar zamanı 56 uşaq bağçasında qanunsuzluq aşkarlanıb. Təkcə Bakı şəhərində deyil, eyni zamanda regionlarda da aparılan araşdırmaların nəticəsi olaraq bağçalara iradnamələr verilib. Təhsil müəssisələrində təhsil və tərbiyyə alanların qidalanması üzrə dövtəl standartının tələbələrinə əməl olunmadığı aşkar olunub.

Yoxlanılmış müəssisələrdə standartın tələblərinə müvafiq qaydada təsdiq olunmuş menyu nümunəsinə rast gəlinməyib. Bundan başqa bağçalarda istismar müddəti bitmiş, mətbəx və məişət avadanlıqlarından hələ də istifadə faktı ortaya çıxıb. Xammal anbarlarında xammalların saxlanılması üçün heç bir şəraitin olmadığı aşkarlanıb. Anbarda havalandırma sistemi yaradılmamış və ət, balıq, süd məhsulları və s. bir yerdə saxlanıldığı müəyyən edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bağçalarda həmçinin istifadəsinə icazə verilməyən məhsulların olması təsdiqlənib. Pendirli krekerlər, ketçubla suxarı, balıq kürüsü, kolbasa məhsullarına rast gəlinib.

Aparılan araşdırmalar zamanı uşaqlara son istifadə müddəti bitmiş ərzaq məhsullarının, zərərverici həşəratlarla çirklənmiş unun, yarmanın və istehlak müddətini bitirmiş ətin uşaqlara verildiyi faktı aşkara çıxıb. Ətin baytarlıq nəzarətindən keçmədən istifadəsinə də rast gəlinib.

Aparılan yoxlamalar zamanı aşkar olunan qanun pozuntuları barədə bağçaların rəhbərlərinə qanunsuzluqların qarşısının alınmasi üçün tapşırıqlar verilib. Ümid edək ki, körpələrin sağlamlığını təhlükə altında qoyan qanun pozuntusuna Bakı Şəhər İcra Hakimiyyətidə biganə qalmaz və tezliklə tədbir görülər.///ans.tv