"Bravo” supermarketindən 6 ədəd "Westgold” yağı oğrayan müştəri iki ayılıq həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, Sabir (şərtidir) adlı şəxs ümumi dəyəri 120 manat olan "Westgold" yağını Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən "Bravo”dan oğurlayıb. Həmin şəxs marketdən oğurladığı yağları sataraq, öz ehtiyacları üçün xərcləyib.
Təqsirləndirilən şəxs mağazaya vurduğu ziyanı ödəməyə imkanının olmadığını, eləcə də törətdiyi əməldən peşman olduğunu qeyd bildirib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə həmin şəxsə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, 2 ay həbs cəzası verib.
Əhməd