Xəbər lenti

6 gün öncə itkin düşən 12 yaşlı qız tapıldı
Ölkə08:58 29.11.2013

6 gün öncə itkin düşən 12 yaşlı qız tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 6 gün öncə avtomobil yarışına baxmağa getmək üçün evdən çıxan və itkin düşən dən 12 yaşlı qız tapılıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lalə Məmmədovanın ötən gün Hövsan qəsəbəsində qohumlarının evində olduğu müəyyən edilib.
 
Qeyd edək ki, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.
 
M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb.

Qaynar.info