Xəbər lenti

6 min azərbaycanlı rus vətəndaşı olmaq istəyir - Şok
Ölkə19:03 23.05.2014

6 min azərbaycanlı rus vətəndaşı olmaq istəyir - Şok

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son bir ayda 6 min Azərbaycan vətəndaşı Rusiya Federasiyası vətəndaşlığını qəbul etmək üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Mötəbər mənbədən Axar.az-a verilən məlumata görə, müraciət edənlərin böyük əksəriyyətini şimal bölgəsində yaşayan vətəndaşlarımız təşkil edir.
 
Yada salaq ki, Rusiya qanunvericiliyində dəyişiklik edildikdən və keçmiş SSRİ respublikaları vətəndaşlarına Rusiya vətəndaşlığını almaq imkanı sadələşdirildikdən sonra bu ölkənin Azərbaycandakı səfirliyinə də müraciətlər edilmişdi. Təxminən bir ay öncə Rusiyanın ölkəmizdəki səfirliyi faktı təsdiqləyərək Axar.az-a bildirmişdi ki, “Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciətlər var. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir”.

Qaynar.info