
Astarada yanğın hadisəsi qeydə alınıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiyəkəran kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib.
Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.