
Bakı şəhəri Suraxanı rayonunda dünyaya gələn 2007-ci il təvəllüdlü Pirimzadə Nihad Ramin oğlu Təhsil naziri Mikayil Cabbarova müraciət edib.
Qaynar.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, 6 yaşlı uşağın nazirə müraciəti təhsil ala bilməməsi ilə bağlıdır. Belə ki, 6 yaşının tamam olmasına bir ay qaldığına görə, onu məktəbə götürməyiblər.
Redaksiyamıza daxil olan müraciəti olduğu kimi təqdim edirik: "Cənab nazir! Mən 24 oktyabr 2007-ci ildə Suraxanıda doğulmuşam. Milliyətcə tatam. Uşaq bağçasında olmuşam. 101 saylı tam orta məktəbdə dövlətin hesabına hazırlıq kursu keçmişəm. Nə üçün məni I sinifə götürmürlər..? Mənim kimi xeyli sayda uşaq var, kim 200-300 manat verir götürürlər. Xahiş edirəm mənə kömək edin. Mən oxumaq istəyirəm..."
Qaynar.info