Ölkə 13:45 31.01.2024

60 nəfərə qarşı 1 milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdır

60 nəfərə qarşı dələduzluqda təqsirləndirilən "Meqa-Siti Holdinq" MMC-nin direktoru Aqil Qədirov və şirkətin vəzifəli şəxsləri Elnur Məmmədov, Fariz Nuriyev, Maksim Zeynalov və Tamara Novruzovanın cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib. 

Qaynarinfo xəbər verir ki, İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı bəlli deyil. 

"Meqa-Siti Holdinq" MMC-nin direktoru Aqil Məmmədov və şirkətin digər vəzifəli şəxsləri 2019-cu ildə saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 

İş materiallarına görə, onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqla, 1 milyon manatlıq dələduzluq əməli törədib. Aqil Qədirov və Elnur Məmmədov barəsində həbs-qətimkan, digər üç nəfər barəsində isə polisin nəzarətinə vermə tədbiri seçilib. 

Bu iş üzrə məhkəmə instaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxrlərə təyin edilən cəza barədə məlumat yoxdur. 

Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti versələr də, şikayət təmin olunmayıb. Aqil Qədirov Ali Məhkəməyə kassasiya şikayəti verib, lakin nəticəsi olmayıb. 

"Meqa-Siti Holdinq" MMC-nin direktoru Ali Məhkəməyə şikayət etdiyinə görə, ehtimal olunur ki, bu dəfəki şikayəti onun şərikləri verib. Lakin bəzi məlumatlara görə, Ali Məhkəməyə zərərçəkmiş şəxslər müraciət edib. 

Bunu dəqiqləşdirmək mümkün olmayıb. 

İş üzrə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti də zərərçəkmiş kimi tanınıb.

Seyid