
Bakıda qadını maşın vurub.
Qaynar.info xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakini Hilal Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini, 1956-cı il təvəllüdlü Liyuza Sultanovanı vurub və avtomobili daha sonra yolun kənarında dayanmış “VAZ-21154” markalı avtomobilə çırpıb. Avtomobillərin arasında qalan L. Sultanova aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info