Xəbər lenti

62 saylı avtobusun qapısı qırılaraq sərnişinin üzərinə necə düşüb?
Ölkə14:23 08.05.2023

62 saylı avtobusun qapısı qırılaraq sərnişinin üzərinə necə düşüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
62 saylı "Daewoo-BS-090” markalı dövlət nömrə nişanlı avtobusla qəza törədən sürücü azadlığa buraxılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş Samir (şərti) idarəsində olan avtobusu nasaz halda idarə edib. Belə ki, 62 saylı avtobus sağ yan arxa hissəsində yerləşən akumulyator qoyulan yerin qapısının nasaz olduğu vəziyyətdə idarə olunub. Nəticədə avtobus 19 yanvar 2023-cü ildə Nizami rayonu, Heydər Əliyev prospekti 117 ünvanında hərəkətdə olarkən akmulyator qoyulan yerin qapısı qırılaraq yolun hərəkət istiqamətində dayanmış vəziyyətdə olan piyada Hüseynə (şərti) dəyib.  
Zərərçəkmiş kürək sümüyünün, sağ ağciyərin aşağı payının kontuziyası və pnevtoraksı, sol təpə gicgah sərhəddinin əzilmiş yarası, sol gözətrafı nahiyyənin hematoması ilə nəticələnən ağır xəsarət alıb. 
Sürücü saxlanılıb və bu barədə istintaq işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. 
Məhkəmədə sürücü zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödədiyini, onunla barışdığını, heç bir tələb, şikayət və iddiası olmadığını bildirib və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. 
Məhkəmənin qərarı ilə Samir həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, 62 saylı avtobus xəttinin avtobusları paytaxtda bir neçə dəfə ölüm və xəsarətlərlə nəticələnən qəzalar törədilib. Sözügedən marşurut xətti "Sahil" MMC-yə tabedir və şirkətinin rəhbərinin Alim Rəcəbov olduğu deyilir.
Əhməd