Xəbər lenti

62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək
Ölkə 17:17 20.01.2025

62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək

Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib. 

Belə ki, 1963-cü il təvəllüdlü  Yahyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yahyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.

Yahya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla bədəninə vurub. 

Məhkəmənin qərarı ilə Yahya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->