Xəbər lenti

63 minlik mənimsəmə ilə bağlı məhkəmənin vaxtı bəlli oldu
Ölkə12:25 21.10.2023

63 minlik mənimsəmə ilə bağlı məhkəmənin vaxtı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərovun cinayət işi bağlı məhkəmə hazırlıq iclasının vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, hazırlıq iclası oktyabrın 30-na təyin edilib. İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə keçiriləcək.
Əmrah Səfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir. 
İttihama görə o, 63 636 AZN məbləğində vəsaiti mənimsəyib. 
Əmrah Səfərovun təqrisi sübuta yetirilərsə,onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 
2 saylı xüsusi əyani-qiyabi məktəb 1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərir.
Seyid