Xəbər lenti

65 yaşdan yuxarı şəxslərə evdən çıxmamaq tövsiyə olunur
Ölkə06:15 16.10.2020

65 yaşdan yuxarı şəxslərə evdən çıxmamaq tövsiyə olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qərara əsasən, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.