Xəbər lenti

650 min dollarlıq "Lamborghini"nin sahibi tapıldı
Ölkə08:18 18.09.2014

650 min dollarlıq "Lamborghini"nin sahibi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən ölkə mediasının əsas gündəm mövzusuna çevrilən 650 min min dollarlıq "Lamborghini"nin əsl sahibi məlum olub. 

Aktual.az-ın DİN-dəki mənbələrdən dəqiqləşdirdiyi məlumata görə, 10 LN 200 dövlət nömrə nişanlı "Lamborghini" maşını Axundov Allahverdi İsfəndiyar oğlunun adına qeydiyyatdadır. Məlumatda bildirilir ki, "Lamborghini" avtomobilindən həmçinin etibarnamə ilə Babayev Şamil Məhərrəm oğlu da idarəetmə hüququna malikdir.   

Xatırladaq ki, Avropa.info saytı Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında 650 min min dollarlıq "Lamborghini" fotolarını yayımlayıb və avtomobilin "Şərurlu İsfəndiyar" kimi tanınan "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu barədə məlumat verib.  

İsfəndiyar Axundov Bizimyol.info-ya açıqlamasında bildirib ki, "Lamborghini" avtomobilnini onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil.

Qaynar.info