
Bir neçə gündür ki, mediada 055 666 66 66 nömrəsinin rekord qiymətə - 100.000 manata satışa çıxarılması ilə bağlı məlumatlar dolaşır.
Bu gün isə milli.az saytı həmin nömrənin endirimli qiymətə adıçəkilməyən iş adamına satılması ilə bağlı xəbər dərc olunub.
Xəbəri dəqiqləşdirmək üşün sözügedən nömrənin sahibi ilə əlaqə saxladıq.
Özünü Vüqar adlı şəxs kimi təqdim edən nömrənin sahibi Qaynar.info-ya açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib: “Bu xəbərlər hansısa jurnalistin uydurmasıdır. Bu nömrə 6 ildir ki, məndədir. 6 il əvvəl onu "Buta palace"-da keçirilən bir auksionda kifayət qədər ucuz qiymətə almışam. Hazırda da nömrə məndədir. Satmaq fikrim də yoxdur. Yayılan xəbərlərlə bağlı Bakcell-ə rəsmi müraciət etmişəm. Görünür, belə xəbərlərin yayılmasında "Bakcell"-in özü maraqlıdır ki, reklam olunsun. Bununla bağlı məhkəməyə müraciət edəcəyəm".
Qaynar.info