Xəbər lenti

690 bal topladı, amma prezident təqaüdü almayacaq
Ölkə07:06 24.07.2018

690 bal topladı, amma prezident təqaüdü almayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanlarında I qrup üzrə yüksək nəticə göstərən abituriyentlərlə bağlı maraqlı statistika açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert 2017-2018-ci illərdə keçirilən qəbul imtahanlarında  abituriyentlərin topladığı balı müqayisə edərək? ortaya maraqlı nəticə çıxarıb.
"I ixtisas qrupu üzrə bu il 690 - 700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir (2017 - də 36 nəfər olub).
Bu o deməkdir ki, bu qrupda prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq. 
650 - dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir (2017 - də 263 nəfər idi).
600- dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfərdir (2017 - də 686 nəfər olub).
I ixtisas qrupunda bu il 500-700 bal arası toplayan abituriyentlərin sayı 2312 nəfər olub. 2017 - ci ildə 1980 - nəfər idi”.