
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 19, 520-ci məhəllə ünvanında fəaliyyət göstərən Nəbiyev Kənan Çingiz oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırması aşkarlanıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, satışda mallara 70% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs K.Nəbiyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Qaynar.info