Xəbər lenti

700 bal toplayanlar - FOTOLAR
Ölkə10:40 16.07.2014

700 bal toplayanlar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 700 bal yığmış abuturiyentlərin fotosunu yayımlayıb.

Qaynar.info-nun məlumatına görə, I və IV ixtisas qrupları üzrə keçirilmişqəbul imtahanında ən yüksək nəticə yığmış gənclərdən biri Qurbanlı KönülYusif qızıdır. O, Bakı şəhəri, 289 saylı orta məktəb-"Zəngi" liseyinibitirib. Könül birinci qrup üzrə yüksək nəticə əldə edib.

Digər bir 700 bal yığmış abuturiyent isə Hacılı Məmməd İsmayıl oğludur.İsmayıl Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bitirib.

Ümumilikdə isə qəbul imtahanlarında 7 nəfər maksimum nəticə göstərib.Onlardan yalnız ikisi rayon və kənd orta məktəbini bitirib.





Məmmədzadə İlkin Rəfail oğlu IV qrup 700 bal
Ağdam rayonu, Çəmənli kənd orta məktəbi


İbrahimov Eltun Nazim oğlu I qrup 700 bal
Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey


Nəbizadə Fatimeyizəhra Nemət qızı I qrup 700 bal
Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi)


Qasımov Nicat Nazim oğlu IV qrup 700 bal
Ağsu şəhəri, 1 saylı şəhər orta məktəbi

Qaynar.info