
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, bunu ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov bildirib.
Nazirin sözlərinə görə, bütövlükdə, axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil edib. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.
Qaynarinfo.Az