Xəbər lenti

75 yaşlı kişi xəstəliyə dözməyib özünü asdı
Ölkə11:54 17.05.2015

75 yaşlı kişi xəstəliyə dözməyib özünü asdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkidə intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şəki şəhəri L. Talstoy küçəsi ev 3/1 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Fikrət Nux oğlu Qəhrəmanovun meyiti yaşadığı ünvanda asılmış halda yaxınları tərəfindən aşkar edilib. 
Hadisə yerinə çağırılmış rayon hüquq-mühafizə orqan əməkdaşlarının araşdırması zamanı 75 yaşlı Fikrət Qəhrəmanovun intihar etdiyi müəyyən olunub. 
Məlumata görə, F. Qəhrəmanov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.//APA
Qaynar.info