Xəbər lenti

76 yaşlı kişi dəm qazından zəhərləndi - Hacıqabulda
Ölkə19:30 19.03.2016

76 yaşlı kişi dəm qazından zəhərləndi - Hacıqabulda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabulda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Hacıqabul şəhəri, Zeynalabdin Tağıyev küçəsi, 204-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 76 yaşlı Vəzir Əlisa oğlu Ələkbərov hamamda dəm qazından zəhərlənib. Vəziyyəti ağır olan V.Ələkbərov təcili yardım maşını ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. 
Həkimlərin müdaxiləsindən sonra o, ölümdən xilas olub. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəsiyyəti getdikcə stabilləşir.  
Qaynar.info