Xəbər lenti

76 yaşlı qadın evində qətlə yetirildi - Bakıda
Ölkə07:37 22.04.2016

76 yaşlı qadın evində qətlə yetirildi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qətl törədilib.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanın üzərində xəsarət olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı məqsədlə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.//APA

Qaynarinfo.az