Xəbər lenti

76 yaşlı qadını maşın vurdu
Ölkə19:40 26.06.2016

76 yaşlı qadını maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.
Qaynarinfo.az APA-ya istinadən məlumatına görə, hadisə iyunun 26-da axşam saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1940-cı il təvəllüdlü Gülçöhrə Məşədi qızı Fəttayevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Fəttayeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin yaxınlarının təkidi ilə Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az