Xəbər lenti

77 yaşlı kişi özünü 9 mərtəbəli binadan atdı - ŞOK
Ölkə08:40 31.08.2013

77 yaşlı kişi özünü 9 mərtəbəli binadan atdı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda intihar hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Nəsrəddin Tusi küçəsi, 43 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli binada yaşayan, 77 yaşlı Türkmən Əmirvar oğlu Bayramov yaşadığı binadan özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə Rayon Prokurorluğunun və polis İdarəsinin əməkdaşları çıxıb. Hazırda intiharın səbəbləri araşdırılır.

Qaynar.info