Xəbər lenti

8 erməni kəşfiyyatçısı əsir götürüldü
Ölkə19:05 22.02.2013

8 erməni kəşfiyyatçısı əsir götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonun sərhəd kəndi olan Əlibəylidə Ermənilərlə təmas xəttində dünən saat 18.30 dan başlayan atışma 2 saatdan çox davam edib. Qaynar.info xəbər verir ki, bu barədə faktxeber.com-a rayonun Əlibəyli kənd sakinləri məlumat veriblər. İnsidentlə bağlı ən ilginc məlumat isə 8 nəfər erməni kəşfiyyatçısının əsir götürülməsi ilə bağlıdır. 

Kənd sakinlərinin bildirdiyinə görə, insident zamanı erməni kəşfiyyatının 8 nəfərlik qrupu mühasirəyə alınıb: “Ermənilər kəşfiyyat qrupunu mühasirədən çıxarmaq üçün Tovuz və Qazax rayonun sərhəd kəndlərini güclü pulemyot və avtomat atəşinə tutublar. Qrupun mühasirəni yarmaq cəhdi boşa çıxıb və kəşfiyyatçılar girov götürülüblər. “

Baş verən olayla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən nazirliyin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Tovuz rayonu Əlibəyli kənd istiqamətində atəşkəsin pozulması ilə bağlı məlumatı təsdiqləsə də, əsir məsələ isə bağlı hər hansı bir xəbər malik olmadıqlarını bildirdi.

Qaynar.info