Xəbər lenti

8 minlik kirayə evlər Bakının harasındadır? - VİDEO
Ölkə19:49 20.01.2017

8 minlik kirayə evlər Bakının harasındadır? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda hətta 8 minə bina evləri kirayə verilir.
Qaynarinfo.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, belə evlərin yeri, mərkəzə yaxınlaşdıqca, təmirinə çəkilən xərc artdıqca və ölçüləri böyüdükcə qiyməti artır. Xüsusi ilə də dəniz mənzərəli olduqda.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, əvvəllər aşağı mərtəblərdə olan evlərə tələb çox idisə son illər bahalı mənzillər yeni binaların əsasən yuxarı mərtəbələrində olur. Kirayə vermək məqsədi ilə təmir edilən belə mənzillərdə ən son texnalogiyalardan istifadə edilir.
Ekspertin sözlərinə görə, bahalı mənzil kirayələri əsasən xarici iş adamları və yaxud səfirlik nümayəndələri üçündür. 2014-cü illə müqayisədə bahalı kirayə evlərə tələb azalıb ki, bunun da mövcud iqtisadi vəziyyətlə əlaqədar olduğu güman edilir.
Qaynarinfo.Az