Xəbər lenti

8 Noyabr-Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edildi
Ölkə15:30 07.11.2023

8 Noyabr-Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev və digər struktur bölmələrin rəhbərləri 8 Noyabr-Zəfər Günü ərəfəsində övladları vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, Birlikdə çalışan dörd əməkdaşın ailəsini ziyarət ediblər. 
Baş direktorun müavini şəhid Zaur Mədətovun və Rauf İbadovun ailələrini ziyarət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi yad edilib.
Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov şəhid Nurəhməd Ulubəyovun və Osman Manafovun ailələrini ziyarət edib. Görüş zamanı Birlik rəsmisi şəhidin ailəsinin qayğıları ilə yaxından maraqlanıb. Şəhid ailələri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.