Xəbər lenti

8 rayon qazsız qalacaq
Ölkə06:45 09.10.2014

8 rayon qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, bu gün saat 11:00-dan 13:00-dək Kürdəmir, saat 12:00-dan 14:00-dək Abşeron və Samux, saat 14:00-dan 16:00-dək Şəmkir, Sabunçu və İsmayıllı, saat 16:00-dan 18:00-dək Quba, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Qaynar.info