Xəbər lenti

8 rayonda qaz problemi
Ölkə06:49 24.10.2014

8 rayonda qaz problemi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Qaynar.info