
Hadisə Şüvəlan qəsəbəsində baş verib
1995-ci il təvəllüdlü Haciyev Cəsarət Əkrəm oğlu Xəzər rayonu, Şüvalan qəsəbəsində, dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 5000 metr sağa, nəzarətsiz ərazidə) batıb.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.