Xəbər lenti

8 yaşlı uşaq faciəli şəkildə öldü - Salyanda
Ölkə12:42 15.03.2015

8 yaşlı uşaq faciəli şəkildə öldü - Salyanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.
Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.
Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.
Qaynar.info