Xəbər lenti

80 milyonluq mənimsəmədə ittiham olunan generalla bağlı qərar
Ölkə08:15 30.06.2022

80 milyonluq mənimsəmədə ittiham olunan generalla bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.